Bakıda məsuliyyətsiz ana körpəsini yolun ortasında unutdu - VİDEO

Bakıda görənləri şoka salan bir hadisə yaşanıb. Ana öz körpəsini yolun ortasında unudaraq onu ölümlə üz-üzə qoyub.
Avtosfer.az bildirir ki, paytaxt küçələrinin birində 4-5 yaşlarındakı oğlu ilə yolu piyada zolağı olmayan hissədən keçməyə çalışan ana sürücülərə çətinlik yaratmaqla qalmayıb. O, yanındakı oğlunu da özüylə bərabər təhlükəyə sürükləyib. Videonu daha da dəhşətli edən bu hadisə deyil, bir az qarşıda, yolun ortasında uşaq arabasında yatmaqda olan körpədir. Uşağa görə hərəkəti dayandıran sürücülərdən biri təəcüblə avtomobilindən enib ona tərəf gedərkən məlum olub ki, uşaq yolu keçməyə çalışan həmin o qadınınmış. Maraqlısı budur ki, qadın elə soyuqqanlılıqla körpəni götürüb yoluna davam edir ki, sanki elə belə də lazımdı.
Uşağın yolun ortasına gəlib düşmə səbəbi isə müəmmalıdır. Ana onu orda qoyub yolu keçib, yoxsa körpəni balaca oğluna tapşırdığından onun əlindən çıxıb və külək də uşaq arabasını itələyərək yolun bu hissəsinə gətirib?... Hər iki halda da ana məsuliyyətsizliyi qan dondurur.
Aysel
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












