Bakıda narkotacirlər saxlanıldı - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.
Bu barədə Avtosfer.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Əməliyyat zamanı rayonun inzibati ərazisinə daxil olan kənd və qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Süleyman İsmayılov və Firudin Külmanov tutularaq Suraxanı RPİ-yə gətiriliblər. Onların hər birindən 1 büküm narkotik vasitə heroin aşkar olunub. Bu şəxslər ifadələrində narkotik vasitələri Zığ qəsəbəsində Cəlal adlı şəxsdən aldıqlarını bildiriblər.
Keçirilən əməliyyat zamanı həmin şəxs, əvvəllər məhkum olunmuş Cəlal Abdullayev də saxlanılıb. Onun üzərindən və Zığ qəsəbəsində yaşadığı evdən ümumilikdə 2 kiloqrama yaxın heroin, 240 qram metamfetamin və 39 ədəd satışı qadağan olunan tramadol həbi aşkar edilib.
Bu şəxs narkotik vasitələri onlayn yolla xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Hüseyn Musayev Nardaran qəsəbəsində saxlanılıb. Onun üzəridən və idarə etdiyi avtomobildən ümumilikdə 1 kiloqram 360 qram heroin aşkar edilib. Bu şəxs ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Adları sadalanan şəxslər barəsində Suraxanı və Sabunçu Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO










