Bakıda narkotik satan şəxs saxlanılıb - VİDEO - FOTO

Polis əməkdaşları tərəfindən Xəzər rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-dan bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində rayonun müxtəlif ərazilərində, xüsusən Binə qəsəbəsində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin satışını təşkil edən daha 1 nəfər tutulub.
Əməliyyatlar zamanı paytaxt sakini Zaman Əliyev saxlanılaraq istintaqa təqdim olunub. Bu şəxsin üzərinə və evinə baxış zamanı külli miqdarda yüksək təsiredici xassəyə malik ümumi çəkisi 3 kiloqrama yaxın olan narkotik vasitə heroin və marixuana, eləcə də psixotrop maddə metamfetamin, həmçinin 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Saxlanılan şəxs izahatında metamfetamin və heroindən istifadə etməklə yanaşı satışı ilə də məşğul olduğunu da etiraf edib.
Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.


Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












