Bakıda piyadaların yolunu kəsən pandus niyə sökülmür? - VİDEO

Bir müddət əvvəl Nəsimi rayonu, Səməd Vurğun küçəsində ''Xəzər Xəbər'' olaraq piyadaları narahat edən bir problemi işıqlandırmışdıq. Bu ərazidə piyada səkisinin düz ortasında avtomobillər üçün pandus quraşdırlmışdı. Piyadaların gediş-gəlişinə maneə yaradan bu problem aidiyyəti qurum tərəfindən nəzarətə götürüləcəyi vədi verilsə də, hələ də məsələ həll olunmayıb.
Yasamal rayonu, Mirzağa Əliyev küçəsində 1 ay əvvəl işıqlandırdığımız piyada zolağı ilə bağlı problem isə həllini tapıb.
Bakı Nəqliyyat Agentliyindən mart ayının 19-da "Xəzər Xəbər"ə verilən açıqlamada səkinin ortasında quraşdırılan pandusun ləğv olunacağı bildirilmişdi. Lakin problem hələ də həll edilməyib.
Səkinin düz ortasında bir yaşayış kompleksi tərəfindən avtomobillər üçün salınan bu pandus problemini nədənsə aidiyyəti qurumlar görməzdən gəlirlər. Bu problemdən isə əziyyət çəkənlər piyadalar olurlar.
Mövzu ilə bağlı yenidən Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Mais Ağayev bildirdi ki, əslində, bu problemi Agentlik yox, Nəsimi Rayon İcra Hakimiyyəti aradan qaldırmalıdır. İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin böyük məsləhətçisi Ələsgər Rüstəmov isə ''Xəzər Xəbər''ə bildirdi ki, həmin yaşayış kompleksi 8-9 il əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı və təsdiq olunmuş layihə əsasında tikilib. Yəni layihədən kənar orada heç bir iş görülməyib.
Paytaxtın Yasamal rayonu, Mirzağa Əliyev küçəsində, Akademik Milli Dram Teatrının yaxınlığında piyadaların həyatı üçün təhlükə yaradan zolaqla bağlı bir neçə ay əvvəl çəkdiyimiz problem isə həllini tapıb. Həm sürücüləri, həm də piyadaları çaşdıran zolağın üzərinə qara boya çəkilib. Hazırda piyadalar yaxınlıqda olan yeraltı keçiddən istifadə edirlər. Bununla da həm piyadaların təhlükəsizliyi təmin olunub, həm də yolda qəza şəraiti yaranmır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












