Bakıda qaçırıldığı bildirilən 16 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakıda qaçırıldığı bildirilən yeniyetmə qız artıq tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) Lənkəran regional qrupundan bildirilib ki, 16 yaşı tamam olmuş yeniyetmə tapılaraq valideynlərinə təhvil verilib.
Həmçinin qurumdan bildirilib ki, yaşayış yeri üzrə polis əməkdaşları tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək.
(oxu.az)
***
Daxili İşlər Nazirliyi Bakıda məktəbli qızın qaçırılaraq Cəlilabada aparılması məsələsi ilə bağlı açıqlama yayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, məsələ polis əməkdaşları tərəfindən nəzarətə götürülüb:
"Nikahla əlaqəli heç bir mərasim keçirilməyib. 16 yaşı tamam olmuş yeniyetmə izahatında heç bir təsirə və təzyiqə məruz qalmadan Cəlilabad rayonunda yaşayan qohumunun evinə getdiyini bildirib.
Araşdırma aparılır, müvafiq tədbirlərin görülməsi təmin ediləcək".
***
Bakıda məktəbli qız qaçırılıb.
Bu barədə "Təsir dairəsi" verilişində danışılıb.
Qaçırılan 16 yaşlı yeniyetmə Cəlilabada gətirilib.
Qızın sözlərinə görə, qaçması üçün valideynlərinin razılığı olub:
"Anamın əmisi oğludur, oğlan özü qaçırıb, hazırda Bakıya işləməyə gedib. Məktəbdən çıxmaq mənim qərarımdır. Burada sevgilimin anası və atası ilə birgə yaşayıram. Valideynlərim də məlumatlıdırlar",- deyə o bildirib.
Ətraflı süjetdə:
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












