Bakıda qadının 1 milyonluq qızılını oğurlayana HÖKM OXUNDU

Bakıda qadının mənzillindən 1 milyon manata yaxın dəyəri olan qızılları oğurlamaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Tural Rəhimlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən, Tural Rəhimli 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Bakıda baş verib. Şəhər sakini Zülfiyyə Əliyevanın mənzilindən 1 milyon manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Qadının şikayəti əsasında araşdırma başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Tural Rəhimli saxlanılıb.
Z.Əliyeva bu işlə bağlı dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlayıb. Zərərçəkmiş bildirir ki, Tural Rəhimli bu işi tək yox, qardaşları ilə birgə edib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












