Bakıda sakinlərin diqqəti nəticəsində ağac “daş qəfəs”dən azad olundu - FOTO

Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində şam ağacının dibi tametlə örtülüb.
Bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, susuz qalan ağac bir müddət sonra quruyacaq, şəhər isə kölgəsiz və oksigensiz qalacaq. Obyekt sahibləri isə növbəti parkovka yeri qazanacaq.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsində ağacın dibinə daş döşənməsi ilə bağlı Xidmətə daxil olan şikayət araşdırılıb:
“Fakt təsdiqini tapıb. Əməkdaşlarımızın nəzarəti altında 79 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən sözügedən ağacın dibi daş döşəmədən təmizlənib və ona aqrotexniki xidmət göstərilib”.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
















