Bakıda səkinin ortasından qaz xətti çəkilib - Sökdülər - VİDEO - AÇIQLAMA

Bakı şəhərində piyadalar üçün nəzərdə tutulan səkinin üzərində qaz xətti çəkilib.
Avtosfer.az xəbər verir ki, sözügedən hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Həvəskar çəkiliş zamanı qaz xəttinin asfalt yolun kənarında piyadalar üçün nəzərdə tutulan səkinin üzərində olduğu görüntülənib və vətəndaşların gediş-gəlişini çətinləşdirdiyi bildirilib.
Sözügedən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı “Azəriqaz”-dan Yeniavaz.com-a bildirilib ki, problem aradan qaldırılıb və qaz xəttinin yeri dəyişdirilib.
“Sözügedən qaz xətti həqiqətən Baklxanov ərazisindədir. "Azəriqaz" İstehsalat Birliyi olaraq biz bu məsələdən məlumatlıyıq. Deməli o xətt “Aygün City” ticarət mərkəzinə gedir. Bununla bağlı ticarət mərkəzinin özü ilə də danışmışıq. Sonradan məlum oldu ki, bu xətt SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin balansına aiddir. Ona görə də Birlik olaraq qərara gəldik ki, bu xətt vətəndaşlara hər hansı bir formada problem yaradır, maneçilik törədirsə həmin xəttin yerinin dəyişdirilməsi məqbuldur və məqsədəuyğundur. Bu baxımdan həmin xəttin 105 metrlik səkidə olan hissəsi vətəndaşlara mane törətməyəcək yerə köçürüldü”.
"Azəriqaz"dan səkinin son halının görüntüləri də redaksiyamıza təqdim edilib:
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












