Bakıda sürücünün şok fırıldağı - Dövlət avtobusunun nömrəsini dəyişib satdı

Bir müddət əvvəl Xəzər Dəniz Donanmasının Nəqliyyat şöbəsinin tabeliyində fəaliyyət göstərən MMC-də avtobus sürücüsü işləyən 1985 Elşad Hüseynov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış cinayət işinin istintaqı zamanı maraqlı faktlar üzə çıxıb.
Avtosfer.az xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, MMC-də sürücü kimi çalışan və ona dəyəri 55 min manat olan "Mercedes 3900" markalı avtobus təhkim edilən E.Hüseynov nəqliyyat vasitəsinin şassi, mühərrik və digər nömrələrini dəyişərək satıb. O, yarımavtomatik sürət qutusu ilə çalışan avtobusun əvəzinə həmin dövlət qeydiyyat nişanını bağladığı və mexaniki sürətlər qutusuna malik olan (Mercedes 403 markalı) digər köhnə avtobusu işlədiyi qaraja gətirib. Lakin qarajda çalışan səlahiyyətli şəxslər rəngləri və ölçüləri demək olar ki, eyni olsa da, avtobusda fərqlilik olduğunu hiss ediblər və araşdırmaya başlayıblar. Məlum olub ki, avtobusun şassi və mühərrik nömrələri kustar üsulla dəyişdirilib, həmçinin digər fərqliliklər var.
Bundan sonra E.Hüseynov barəsində hüquq-mühafizə orqanlarına məlumat verilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












