Bakıda taksi sürücüsündən müştərisinə qarşı İNANILMAZ CİNAYƏT – TƏFƏRRÜAT

Bir neçə ay əvvəl Bakıda öz müştərisinə qarşı soyğunçuluq etmiş taksi sürücüsünün törətdiyi əməlin təfərrüatları məlum olub.
Avtosfer.az Publika.az-aistinadən xəbər verir ki, taksi sürücüsü, 1995-ci il təvəllüdlü Nurlan Şahverdiyev müştərisi, Rüfət M.-in içində ə 1287 manat nağd pul, 800 manat dəyərində 750 əyyarlı 4.5 qram çəkidə olan brilyant qaşlı kişi üzüyünü, sənədlərini və “Wolksvagen Tiguan” markalı avtomobilin mühərrikinin pompasının valını açıq yolla talayaraq ona 2.667 manat ziyan vurmaqla soyğunçuluq edib.
Məlum olub ki, N.Şahvrdiyv icarə əsasında “Renault Tondar” markalı avtomobillə *0404 şirkətində taksi sürücüsü işləyir. O, yolda hərəkətdə olarkən Rüfəti müştəri kimi götürüb. Rüfət sürücüyə Badamdardakı avtomobil ehtiyat hissələri mağazasına, oradan da Babək prospektinə gedəcəyini deyib və 15 manat verəcəyini bildirib. Tərəflər razılaşıblar və əvvəlcə ehtiyat hissəsini götürərək Xətai rayonu istiqamətinə hərəkət edərək. Avtomobil Babək prospektinə çatanda Nurlan maşında elektrik problemi yarandığını bildirərək maşını söndürüb. O, Rüfətdən mühərriki işə salmaq üçün düşərək nəqliyyat vasitəsini itələməsini xahiş edib. Rüfət də taksi sürücüsünün xahişini yerə salmayıb və maşını itələməyə başlayıb. Bu zaman mühərriki işə düşüb və Nurlan maşını hərəkətə gətirərək uzaqlaşıb. Müştəri bir qədər onun arxasıyca qaçsa da, çata bilməyib.
Bildirilir ki, soyğunçu sürücü maşında qalan pulqabının içindəki pulları və bahalı üzüyü götürərək sənədləri yol kənarına atıb. O, univermağa gedərək üzüyü 290 manata satıb.
Artıq N.Şahverdiyev tutularaq məsuliyyətə cəlb edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












