Bakıda təcili yardım həkimlərinə əlavələrin ödənişi dayandırılıb? - AÇIQLAMA

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri əlavələrin ödənişi ilə bağlı şikayətçidir. Onlar iddia edir ki, əlavələrin ödənişi yanvar ayından dayandırılıb.
Bu barədə Avtosfer.az-a bir qrup həkim tərəfindən şikayət ünvanlanıb.
Həkimlər iddia edir ki, onlara verilməli olan müddətli əlavələr kəsilib:
“Ölkə başçısının müvafiq sərəncamına əsasən, tibb işçilərinin əməkhaqlarına müddətli əlavələr olunub. Lakin bu müddətli əlavələr yanvar ayı üzrə 50 faiz ödənilib, fevral ayından isə tamamilə kəsilib. İcbari Tibbi Sığorta Agentliyi ilə əlaqə saxlayırıq. Bildirirlər ki, bizə bununla bağlı vəsait ayrılmayıb. Üç aydır ki, koronavirusla mübarizə aparan tibbi personal bu əlavə ödənişlərdən məhrumdur. Qanunla bu əlavə ödənişlərin müddəti iyun ayının 1-nə kimi uzadıldı. Amma yanvar ayından bu yana heç bir əlavə ödəniş verilmir. Səbəb kimi isə büdcədə pul olmadığı bildirilir. Xahiş edirik ki, bu məsələdə bizlərə köməklik göstərəsiniz”.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir.
“Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısı, həmçinin əməkhaqlarına müddətli əlavənin hesablanması tibb müəssisələri tərəfindən aparılır. Müddətli əlavələr tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) göndərilən iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən 3 iş günü ərzində ödənilir.
Nəzərinizə çatdırırıq ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 1603 nəfərə yanvar ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 1 milyon 423 min manat müddətli əlavə ödənilib. Hər hansısa şəxs barədə işə cəlb olunmasına və bunun müqabilində müddətli əlavənin verilməməsi ilə bağlı məlumat varsa, məsələnin araşdırılması üçün müvafiq tibb müəssisəsinin maliyyə və ya mühasibatlıq şöbələrinə müraciət edilməsi tövsiyə olunur.
Məlumat üçün bildirək ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktik tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsait Agentliyə ayrıldıqdan sonra Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası üzrə fevral və mart aylarının ödənişləri həyata keçiriləcək”.
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO










