Bakıda üzərində “Kalaşnikov” gəzdirən şəxs həbs edilib - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, idarəyə paytaxt sakini əvvəllər məhkum olunmuş Rüstəm Osmanovda silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Nərimanov rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı əlində olan bağlamadan 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 30 ədəd patron və 1 ədəd həmin silaha aid patron darağı aşkar olunaraq götürülüb. Saxlanılan şəxs silah-sursatı bir neçə il əvvəl tapdığını, lakin polisə təhvil verməyərək gizlətdiyini bildirib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb. Rüstəm Osmanov barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











