Bakıda xəstə ağaclar utilizasiya edilir - FOTO

Artıq bir müddətdir ki, paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş Eldar şamlarının quruması baş verir ki, bu da sakinlərimizi ciddi narahat edir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, məsələ ilə əlaqədar bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, AMEA-nın Botanika İnstitutu və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, Qida Təhlükəsizlıyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə xüsusi komissiya yaradılıb və müəyyən edilib ki, Abşeron yarımadasında mövcud Eldar şamlarının bir hissəsi sürətlə yayılan göbələk xəstəliyinə tutulub. Bu kimi hallar tək ölkəmizdə deyil, qonşu Gürcüstanda da geniş şəkildə baş verib.
Komissiyanın ilkin rəyinə görə xəstəliyin başqa ağaclara keçməsinin qarşısının alınması və yaşıllıq sahələrinin qorunması üçün bu ağaclar çıxarılaraq utilizasiya edilməlidir. Ekologiya və Təbbi Sərvətlər Nazirliyi tərəfindən artıq belə qərar qəbul edilib.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Komissiya yaradılıb və xüsusi proqram hazırlanıb. Problemin aradan qaldırılması üçün birinci növbədə xəstə, qurumuş ağaclar çıxarılaraq utulizasiyaya göndərilir və eyni zamanda digər ağacların qorunması üçün onlar tərkibində mis olan xüsusi dərman preparatları ilə dezinfeksiya edilir.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, digər aidiyyatı qurumlarla birgə paytaxtın bütün rayonlarında genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Utilizasiya edilən ağacların yerinə əkin mövsümündə yeni ağaclar əkiləcək.
Qeyd edilməlidir ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utulizasiya ediləcək ağacların siyahısı hazırlanıb və mərhələli şəkildə bu işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçiriləcək.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO













