Bakıda yeni təmir olunmuş yol bərbad vəziyyətdədir - AÇIQLAMA - VİDEO

Binəqədi rayonunda yol təmir olunsa da, yenidən yararsız vəziyyətə düşüb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, üç aydır yararsız vəziyyətdə olan yolla bağlı aidiyyəti qurumlara müraciət edilsə də, məsələ həllin tapmır.
Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, yolun vəziyyəti ilə bağlı ötən həftədən məlumatlıdırlar:
“Azərsu” ASC-nin Binəqədi Sukanal idarəsinə məlumat verilib ki, qəza aradan qaldırılsın və qazılacaq hissədə yol bərpa olunsun”.
O qeyd edib ki, sözügedən yolda heç bir problem yoxdur:
“Sadəcə qəza olub və aradan qaldırılacaq”.
“Azərsu” ASC-dən isə bildirilib ki, ərazidən keçən 280 millimetr diametrli xətdə qəza baş verib:
“Qəzanın aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət olunub və icazə alınıb. Qəzanın aradan qaldırılması işlərinə başlanılır”.
ASC-dən qeyd edilib ki, ərazidə vətəndaşın iddia etdiyi kimi kanalizasiya suları axmayıb, sadəcə su xəttində qəza baş verib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












