Bakının altı rayonunda yaşayış və qeyri-yaşayış sahələri qiymətləndiriləcək

Bakının Binəqədi, Yasamal, Səbail, Xətai, Sabunçu və Suraxanı rayonlarının 15 küçəsində yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi nəzərdə tutulur.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi hazırlıqlara başlayıb.
Məlumata görə, proses Binəqədi rayonunun II Mədən, Gənclik, 10 May və Davud Əhmədov, Yasamal rayonunun Zivər bəy Əhmədbəyov, Səbail rayonunun Əli Nəzmi, Salman Mümtaz və Seyran Məmmədov, Xətai rayonunun Marat Əmirxanov, Sabunçu rayonunun Babək, Möhsün Sənani, Əsildar Məmmədov və Mehdi Hüseynzadə, Suraxanı rayonunun Səttar Bəhlulzadə və 46-cı Yeni Suraxanı küçələrindəki yaşayış binalarında yerləşən mənzilləri və qeyri-yaşayış obyektlərini, eləcə də onların əlavə artırma sahələrini əhatə edəcək.
Qiymətləndirmə Konstitusiyaya, "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna, milli və beynəlxalq qiymətləndirmə standartlarına, müvafiq qanunvericilik aktlarına uyğun şəkildə aparılacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












