Bakının bu ərazilərində evlərin qiyməti bahalaşıb

"Bu ilin doqquz ayında əmlak bazarında 7 faizdən çox artım var. Eyni zamanda 2022-2023-cü illərlə müqayisədə artım tempi bir qədər sabitdir. Belə ki, aylıq qiymət dəyişmələri nisbi xarakter daşıyır, əvvəlki kimi dinamik deyil. Bütövlükdə, qiymət artımları davam edir".
Bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, builki qiymət dəyişmələri ümumi iqtisadi artıma adekvatdır:
"Son 3 ay üzrə göstəriciləri yanvarın sonlarına doğru təhlil edib yekunlaşdıracayıq. Yəni, bu hardasa 10 faiz ətrafında olacaq. Son iki ildəki kimi 25-30 faizə yaxın qiymət artımı yoxdur. Paytaxtın bütün ərazilərində qiymət artımı müşahidə olunur. Mərkəzdə qiymət artımı bir qədər azdır. Kənarlara getdikcə isə qiymətlər artır. Daha çox qiymət artımı müşahidə olunan ərazilər Əhmədli, Həzi-Aslanov, Badamdar, Yasamalın kənar əraziləri və s-dir. Bu ərazilərdə daha çox qiymət artımları müşahidə olunur. Amma şəhərin mərkəzinə doğru qiymət artımları nisbidir. Düşünürəm ki, iqtisadi təsirlər nəticəsində növbəti ildə də daşınmaz əmlak bazarında qiymət artımları builki kimi sabit olacaq".
(unikal.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












