Bakının bu prospektində bəzi dayanacaqların yeri dəyişdiriləcək

"Bakı Nəqliyyat Agentliyi (BNA) Heydər Əliyev prospektindəki sıxlığı aradan qaldırmaq üçün bir sıra layihələr hazırlayıb".
Avtosfer.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.
Onun sözlərinə görə, Heydər Əliyev Mərkəzinin yaxınlığındakı bəzi dayanacaqların yeri düzgün deyil: "Biz onları köçürməyi planlaşdırırıq. Həmin ərazidə sıxlığın azaldılması üçün Bağırov körpüsü dediyimiz ərazidə tuneli keçdikdən sonra köməkçi yoldan əsas yola çıxış imkanı yaradılacaq. Bu da geri dönmək istəyən nəqliyyat vasitələrinin, daha geniş məsafədə, daha rahat yerlərini dəyişərək geri dönmə əməliyyatını istifadə etməsinə imkan verəcək. BNA təklifləri hazırlayıb dövlət qurumlarına təqdim edib. Bəzi təklifləri artıq razılaşdırmışıq, yaxın vaxtlarda icrasına başlamağı planlaşdırırıq”.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












