Bakının daha üç qəsəbəsində yenidənqurma işləri başlanılacaq

Bu il Mərdəkan, Buzovna və Maştağa qəsəbələrində də yenidənqurma və təmir-bərpa işlərinin başlanması gözlənilir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Bakının Pirşağı qəsəbəsində iştirak etdiyi təmir-bərpa işlərinin təməlqoyma mərasimində məlumat verilib.
Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində həyata keçirilən bu layihələr həm tarixilik, həm də mövcud reallıqlar baxımından xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə, yerli memarlıq məktəbinin üslubları və özünəməxsus rəng çalarları yenidən canlandırılır və gələcək nəsillərə ötürülür. Post-müharibə və mövcud pandemiya reallığından baxdıqda isə iqtisadi gücümüzün böyük dərəcədə artdığı, hətta qlobal çağırışlara rəğmən, heç bir sosial layihənin ixtisar olunmadığı aydın görünür.
Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb. Balaxanı qəsəbəsinin timsalında uğurlu təcrübənin şahidi olmuşuq. Bibiheybət, Novxanı, Əmircan, Ramana qəsəbələrində də bu proses davam edir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












