Bakının mərkəzində yerləşdirilən lövhədəki səhvlə bağlı agentlikdən AÇIQLAMA - FOTO

Bakıda üzərində hərf səhvləri olan məlumatlandırıcı lövhənin şəkilləri sosial şəbəkədə yayılıb.
Avtosfer.az xəbər verir ki, lövhənin üzərindəki “Azərbaycanfilm” sözündəki səhv sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlərlə qarşılanıb.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib ki, Agentlik tərəfindən aparılan monitorinq zamanı şəhərin bu və digər bir neçə istiqamətində yerləşdirilən lövhələrdə yol verilən hərf səhvləri aşkarlanıb və aidiyyəti üzrə icraçı şirkətlərə məlumat verilib.
O bildirib ki, bu lövhələrin hazırlanması podratçı şirkətlər tərəfindən həyata keçirilib:
“Bu nişanlar, avadanlıqlar tərəfimizdən podratçı şirkətlərdən alınan zaman hər hansı səhvlər aşkarlandıqda bunu məhz icraçı şirkət özü aradan qaldırır. Onu da qeyd edim ki, biz bu nişanları podratçı şirkətlərdən ərazidə təhvil alırıq. Bu nişan da yenicə quraşdırılıb. Artıq bizim tərəfimizdən həm bu ünvanda, həm digər ünvanlarda quraşdırılan lövhələrdəki hərf səhvləri ilə bağlı müvafiq podratçı şirkətlərə məlumat verilib. Qısa zamanda bu səhvlərin aradan qaldırılması tələb olunub”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












