Bakıya gedən "Ford"dan 4 kiloqramdan artıq narkotik və “patı” tapıldı - FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri ilə 4 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvəllər məhkum olunmuş Hüseyn Quluzadə idarə etdiyi “Ford” markalı avtomobillə Cəlilabad rayonu ərazisində saxlanılıb. Keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən ayrı-ayrı bağlamalarda 2 kiloqram 530 qram heroin, 1 kiloqram 205 qram tiryək, 775 qram metamfetamin, 1 ədəd beşbarmaq və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə H.Quluzadənin həmin narkotik vasitə və psixotrop maddəni tanışı, Bakı şəhər sakini Təbriz Babayevə çatdırmalı olduğunu müəyyən edilib
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə T.Babayev də saxlanılıb və onun üzərindən metamfetamin və marixuana aşkarlanaraq götürülüb.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?














