Bakıya uçuş həyata keçirən aviaşirkətlərin sayı artır

Epidemioloji vəziyyət yaxşılaşdıqca, Azərbaycan COVID-19 pandemiyası səbəbindən dayandırılmış beynəlxalq hava əlaqələrini mərhələli şəkildə bərpa edir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, hazırda aeroporta uçuşlar həyata keçirən aviaşirkətlərin sayı 20-yə çatıb.
Milli aviadaşıyıcı AZAL və onun törəmə müəssisəsi olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti ilə yanaşı, “Turkish Airlines”, “Lufthansa”, “Qatar Airways”, “Aeroflot”, “S7”, “FlyDubai” kimi iri aviaşirkətlər, habelə “Pegasus”, “SkyUp Airlines” kimi aşağıbüdcəli aviaşirkətlər və bir sıra digər aviadaşıyıcılar ölkəyə uçuşlarını bərpa ediblər və ya uçuş icra etməyə hazırlaşırlar.
Ümumilikdə 37 istiqamət üzrə uçuş həyata keçirilir (2021-ci ilin iyul ayına olan məlumat). AZAL doqquz istiqamətdə reyslər yerinə yetirir (uçuşların ümumi sayının təxminən 24 faizi). Hazırda sərnişin tələbatının daha çox olduğu istiqamətlər Rusiya (19 şəhər) və Türkiyədəndir (7 şəhər).
Azərbaycandan hava yolu ilə həmçinin Almaniya, Ukrayna, Belarus, Böyük Britaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İsrailə səyahət etmək mümkündür. Qeyd etmək lazımdır ki, Azərbaycanın digər beynəlxalq hava limanlarından da hava əlaqələri bərpa edilib.
Belə ki, Bakıdan əlavə, Naxçıvandan İstanbul (“Turkish Airlines”) və Moskva (“Utair”), Gəncə hava limanından İstanbul (“Turkish Airlines”), Moskva və Sankt-Peterburq (“Ural Airlines”), Lənkəran hava limanından Moskva (“Ural Airlines” və “Nordwind”) və Sankt-Peterburq (“Nordwind”) istiqamətlərində birbaşa uçuşlar icra edilir.
COVID-19 pandemiyası başlamazdan əvvəl 30-dan çox aviaşirkət Azərbaycana uçuş həyata keçirirdi, istiqamətlərin ümumi sayı isə 60-dan çox təşkil edirdi. 2020-ci ilin yanvar ayından Azərbaycanın bütün hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli “hava azadlığı” rejimləri tətbiq olunur. Həmin azadlıq dərəcələri bütün xarici aviaşirkətlərə Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə heç bir məhdudiyyət olmadan uçuş icra etmək imkanı verir.
COVID-19 pandemiyasından əvvəl Azərbaycanın hava limanlarında illik sərnişin axını təxminən 5 milyon nəfər təşkil edirdi. Heydər Əliyev Beynəlxalq Aeroportu bir neçə dəfə “MDB-nin ən yaxşı hava limanı” adına layiq görülüb, 2021-ci ildə isə “Skytrax” audit şirkəti tərəfindən paytaxtın hava limanı COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək “5 ulduz” reytinqi ilə təltif edilib.
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI










