"Baku Bus"un bu avtobusunda lüzumsuz sürət limiti qoyulub - SƏBƏB?

Dünyada yollarda sürət limitinin tarixi elə ilk avtomobilin tarixi qədərdir. Lakin avtomobillərə sürət limitinin tətbiqi nisbətən sonraya, 60-cı illərə təsadüf edir. Əgər bunun üçün 20-ci əsrdə mexaniki olaraq karbüratorun drossel qapağının açılması məhdudlaşdırılırdısa, 21-ci əsrdə bunu elektron sistemlə tənzimləyirlər. qayıdaq mətləbə.
Bakının ən təhlükəli yollarından biri Xocəsən şosesidir. Metro stansiyasından Meyvəli bazarınadək yoldan asılı olaraq 40-80 km/saat arası sürət limiti tətbiq edilir. Polisin tətbiq etdiyi bu limit normaldır və bununla bağlı heç bir iradımız yoxdur. Əsas məsələ Bakubus avtobuslarına tətbiq edilən limitdir.
Bakubus avtobuslarında məhdudlaşdırıcı tətbiq edildiyi üçün maksimal sürət saatda 50 kilometri aşmır. Şəhər daxilində bu hardasa başadüşüləndir. Amma bu limit metronun 20 Yanvar stansiyasını Lökbatanla birləşdirən 130 saylı marşrutun fəaliyyətinə mane olur. 80 km/saat limi olan hissədə 40-50 km/saat sürətlə gedən,daha doğrusu sürünən avtobus həm digər iştirakçılara mane olur, həm də sərnişinlərin mənzil başına çatmasını gecikdirir. Avtobusların bu hissədə 70 km/saat sürətlə hərəkət etməsi ciddi təhülkə yaratmamaqla yanaşı, marşrutun iş keyfiyyətini də artırar. Eyni zamanda yolun buraxıcılıq qabiliyyəti də artar.
Vüqar Yaşaroğlu
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












