Dağın ətəyində narkotik plantasiyası salan şəxs iş başında SAXLANILDI - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı növbəti əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun Qazbinə kəndi ərazisində yerləşən dağların ətəyində çətənə kollarının əkilib-becərilməsi barədə polisə məlumat daxil olub. Ərazi dərhal əməliyyat nəzarətinə götürülüb və keçirilmiş tədbirlər nəticəsində orada narkotik becərən şəxsin Şəki şəhər sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Kamal Hüseynov olduğu müəyyən edilib. O, çətənə kollarına qulluq edərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb və şübhəli şəxs qismində saxlanılıb. Əraziyə baxış zamanı oradan aqrotexniki qulluq göstərilmiş , ümumi çəkisi 213 kiloqramdan artıq olan 1103 ədəd narkotik tərkibli bitkilər aşkar edilərək maddi sübut kimi götürülüb.
K.Hüseynov ifadəsində çətənə kollarını 3 ay bundan öncə Şəki şəhərindən gələrək burada becərdiyini və vaxtaşırı qulluq göstərdiyini, məqsədinin isə həm öz istifadəsi, həm də satmaq olduğunu bildirib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












