Balakəndə karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub - FOTO

Koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması, xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə Balakəndə növbəti reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları şəhər ərazisində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən, tibbi maskalardan istifadə etməyən vətəndaşlarla profilaktik söhbətlər aparıblar. Obyekt sahibləri, alıcı və satıcıların diqqətinə karantin qaydalarına riayət etmələrinin vacibliyi çatdırılıb, qanunun tələbləri bir daha onlara izah edilib. Tədbir zamanı edilən xəbərdarlıqlara məhəl qoymayan, qaydalara biganə yanaşan şəxslər inzibati məsuliyyətə cəlb olunublar.
Həmçinin, ictimai nəqliyyat vasitələrində qoruyucu maskalardan istifadə etməyən sərnişin və sürücülər, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər də Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən müəyyən edilib. Onların barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.




Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












