Balakəndə narkotik vasitələr satan şəxslər saxlanılıb - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Zaqatala şəhər sakini Tahir Balayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan kağız bükümlərdə qurudulmuş marixuana aşkarlanıb.Araşdırma zamanı T.Balayevin həmin narkotik vasitəni rayon ərazisində satmaq məqsədilə üzərində daşıdığı məlum olub.
Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbiri nəticəsində isə güclü təsirə malik narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan rayonun Hənifə kənd sakini Ələsgər Gəncəliyev saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, Ə.Gəncəliyevin yaxın qohumuna məxsus evdən də oğurluq etdiyi məlum olub.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar aparılır, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












