Balakəndə su mənbələrinə gedən yolda hərəkət bərpa olunub - FOTO

Son günlərdə Balakənin dağlıq ərazilərinə yağan leysan nəticəsində su mənbələrinə gedən yolda uçqunlar əmələ gəlmişdi.
Avtosfer.az xəbər verir ki, bununla əlaqədar Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumları - rayon Suvarma Sistemləri və Su-kanal idarələrinin, eləcə də Balakən Rayon Fövqəladə Hallar Komissiyasının birgə səyi ilə dağ yolundakı uçqunlar qısa zamanda aradan qaldırılıb.
Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ruslan Poladovun verdiyi məlumata əsasən Siltik çay su mənbəyinə gedən, uzunluğu 8 km olan yolun bir neçə hissəsində əmələ gələn uçqunlar maşın və texnikanın köməyi ilə bərpa olunaraq problem aradan qaldırılıb. Eyni zamanda, yolboyu yıxılan ağac və kötük qırıntıları da təmizlənərək hərəkət təmin edilib.
Yolun uçqunlardan, aşmış ağaclardan təmizlənməsi ilə yanaşı suqəbuledicilərin lil və çınqıldan, gətirmələrdən təmizlənməsi prosesi icra edilib. Nəticədə içməli su təminatının bərpası işləri qısa müddətdə başa çatıb və Balakən şəhərinə içməli suyun verilməsi təmin olunub.


Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












