Balakəndə şadlıq sarayının inzibatçısı həbs olunub
Xəbərlər
10 Avqust 2021 10:30

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı “Balakən” şadlıq sarayında keçirilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, yoxlamalar zamanı şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az”portalında qeydiyyatdan keçirilmədiyi məlum olub.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı həmin obyektin inzibatçısı İbrahim Əliyev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub. Toy sahibi Aydın Mustafayev barəsində isə protokol tərtib olunub və o, 400 manat məbləğində cərimələnib.
Qeyd edək ki, ötən ay da həmin şadlıq sarayında keçirilən toy mərasimində karantin qaydaları pozulduğu üçün obyektin sahibi 4 min manat məbləğində cərimə edilmişdi.


Oxunub : 1058
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
9 Oktyabr 2026 18:47
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
9 Oktyabr 2026 18:22
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
9 Oktyabr 2026 16:11
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
8 Oktyabr 2026 21:44
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
8 Oktyabr 2026 12:41
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
8 Oktyabr 2026 11:53
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
8 Oktyabr 2026 11:14
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
8 Oktyabr 2026 11:11
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
8 Oktyabr 2026 09:24
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
7 Oktyabr 2026 22:17
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
ŞƏRH YAZ












