Bankomatdan pul oğurlayan şəxs tutuldu

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki bankomatların qarşısında vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarındakı pulu ələ keçirən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Asim Həsənov bir neçə vətəndaşın bank kartından pulu mənimsəyərək onlara 4 307 manat miqdarında maddi ziyan vurub. Bundan başqa istintaq zamanı saxlanılan şəxsin 2 fərdi yaşayış evindən oğurluq etməsi də məlum olub.
Saxlanılan şəxsin respublikanın digər şəhər və rayonlarında analoji cinayətlər törətməsi istisna edilimir. Həmin şəxslərin əməllərindən zərər çəkən vətəndaşların Tovuz rayon Polis Şöbəsinə, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, eləcə də yaşadıqları ərazi üzrə polis orqanlarına müraciət etmələri tövsiyə olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq












