Baş Narkotiklərlə Mübarizə İdarəsi sosial şəbəkələrdə hesab yaradıb

Baş Narkotiklərlə Mübarizə İdarəsi rəsmi sosial şəbəkə hesabları yaradıb.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sosial şəbəkə istifadəçiləri artıq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin gündəlik fəaliyyətinin nəticələrini ilk mənbədən əldə edə, o cümlədən ictimai əhəmiyyətli maarifləndirici məlumatlarla tanış ola biləcəklər:
"Əksər hallarda sosial şəbəkələrdə paylaşılan qeyri-obyektiv, heç bir əsası olmayan, bəzi hallarda cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdən informasiyaların mənfi təsirlərini nəzərə alsaq, hər bir şəxs üçün məlumatların əlçatanlığını və operativliyini təmin etmək bu baxımdan olduqca əhəmiyyətlidir.
Səhifələrdə narkomaniyanın cəmiyyətə və insan sağlamlığına ziyanı, fəsadları və sağlam həyat tərzinin təbliğinin vacibliyi, həmçinin daxili işlər orqanları tərəfindən bu bəlaya qarşı ciddi və qətiyyətli mübarizə aparılması barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır.
Vətəndaşlar aşağıdakı linklər vasitəsi ilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər:
“Facebook” - Baş Narkotiklərlə Mübarizə İdarəsi keçid linki (https://www.facebook.com/bnmi.polisazerbaycan )
“Instagram” – bnmi.polisazerbaycan keçid linki - (https://www.instagram.com/bnmi.polisazerbaycan/ )
“Youtube” - Baş Narkotiklərlə Mübarizə İdarəsi keçid linki - (https://www.youtube.com/channel/UCqJSjze-brBi2M1EEDIfCgg/featured )
“Telegram” - Baş Narkotiklərlə Mübarizə İdarəsi keçid linki - (https://t.me/bnmipolisazerbaycan )
Bir daha sosial şəbəkə istifadəçilərini anti-narkotik təbliğatı işində polis əməkdaşları ilə həmrəy olmağa çağırır, narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barədə məlumatları olduğu təqdirdə dərhal bizə bildirmələrini xahiş edirik. Həmin şəxslərin anonimliyi qorunacaqdır".
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












