Bakıda bir prokurorluq əməkdaşı işdən çıxarılıb, digərinə irad tutulub

Bakıda əmək və icra intizamını pozan 2 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.
Bakı Şəhər Prokurorluqdan verilən məlumata görə, bu barədə iyulun 17-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2021-ci ilin birinci yarımili ərzində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində bildirilib.
Vurğulanıb ki, 2021-ci ilin birinci yarımili ərzində Baş Prokurorluq üzrə müvafiq əmrlərlə şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 2 nəfər intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 1 nəfər tutduğu vəzifədən azad olunmuş, 1 nəfərə irad tutulub.
Bundan əlavə, 2021-ci ilin ilk altı ayı ərzində Azərbaycan Respublikası Baş prokurorunun əmrləri ilə xidməti fəaliyyətində fərqləndiklərinə görə Bakı şəhər prokurorluq orqanlarının əməliyyat işçilərindən 5 nəfər mükafatlandırılmışdır.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












