Baydenin reytinqi düşdü - SORĞU

ABŞ prezidenti Co Baydenin bəyənmə reytinqi prezidentlik dövrünün ilk 100 günündə 52% olub, 1945-ci ildən bəri bu rəqəm yalnız ABŞ prezidentləri Cerald Ford (48%) və Donald Trampda (42%) daha aşağı olub. APA xəbər verir ki, bu barədə sorğunu “Washington Post” və “ABC News” birgə şəkildə aparıb. Sorğuya əsasən, respondentlərin 52%-i Baydenin fəaliyyətini “birmənalı şəkildə” və ya “bəzi səviyyədə” bəyənib, onların arasında 90% Demokratlar, 47% müstəqil respondentlər və 13% Respublikaçılar da var. Respondentlərin 42%-i mənfi rəy bildiriblər. Respondentlərin yarıdan çoxu – 64%-i Baydenin koronavirus pandemiyası ilə mübarizə siyasətini, respondentlərin 52%-i hazırkı prezidentin iqtisadi siyasətini bəyənir. Daha az insan prezidentin Meksika ilə sərhəddəki miqrasiya böhranı ilə bağlı fəaliyyəti haqqında müsbət fikir bildirib (37%). Bundan başqa, respondentlərin 60%-i prezidentin Konqresdə Respublikaçıların dəstəyini almalı olduğuna, 30%-i Baydenin müstəqil fəaliyyət göstərə biləcəyinə inanır. Prezidentin imzaladığı iqtisadiyyatın stimullaşdırılmasına dair tədbirlər paketini amerikalıların 65%-i dəstəkləyib, 31%-i buna qarşı çıxıb. Baydenin infrastruktur layihələrinə 2 trilyon dollar investisiya yatırmaq barədə planı sorğuda iştirak edənlərin 52%-i tərəfindən bəyənilib, respondentlərin 35%-i isə buna qarşı çıxıb. Telefon sorğusu 18-21 aprel tarixlərində ingilis və ispan dillərində aparılıb və sorğuda 1007 yetkinlik yaşına çatmış respondent iştirak edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












