Bayılda küçədə qalan yaşlı kişiyə yardım edildi - RƏSMİ

Bir neçə gün əvvəl sosial şəbəkədə paylaşılan yaşlı kişi xəstəxanaya yerləşdirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib.
O bildirib ki, Sosial Xidmətlər Agentliyi Bayıl ərazisində xəsarətlərlə dolaşan vətəndaşla bağlı mediada paylaşımları gördükdən sonra dərhal hərəkətə keçib:
“Məlumatı öyrəndiyimiz gündən Sosial Xidmətlər Agentliyi tərəfindən dərhal lazımı addım atılıb. Əməkdaşlarımız əraziyə göndərilib. 62 yaşlı Cəbrayıl (şərti addır) kişinin bədənində əvvəllər yaşadığı xoşagəlməz bir hadisədən sonra yanıq xəsarətləri olduğu müəyyənləşib. O, mütəxəssislərimizin iştirakı ilə təcili tibbi yardım avtomobili ilə 5 saylı Kliniki Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.
Xəstəxanada müalicə prosesi yekunlaşdıqdan sonra Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilməsini təmin edəcəyik. Proses boyu dəstəyinə görə Bakı şəhər Baş Səhiyyə İdarəsinin sektor müdiri Esmira Hacıyevaya təşəkkürümüzü bildiririk. Bizə Cəbrayıl kişi barəsində xəbər verən və dəstək olan hər kəsə var olun deyirik”.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












