Benzin Türkiyədə Azərbaycandan ucuzdur – Avropa ölkələrində QİYMƏTLƏR

Xəbərlər 12 Avqust 2022 14:58 Oxunub 732
Benzin Türkiyədə Azərbaycandan ucuzdur  – Avropa ölkələrində QİYMƏTLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan “Aİ-95” (“Premium”) markalı benzinin qiymətinə görə Avropa ölkələri arasında 4-cü sırada qərarlaşıb.


Avyosfer.az məşhur "autotraveler" saytına istinadən xəbər verir ki, Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən ucuz satıldığı ölkə Rusiyadır. Rusiyada “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 0,82 avro (1,43 manat) təşkil edir.


Avropa ölkələri arasında 4-cü sırada olan Azərbaycanda ötən ayın ortalarından etibarən “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 40 qəpik bahalanaraq 2 manata (1,15 avro) satılır.


Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu daha 2 ölkə var -  Türkiyə və Belarus. “Aİ-95” markalı benzinin 1 litri Belarusdaa 0,90 avro,  Türkiyədə isə 1,09 avroya bərabərdir.

Avropa ölkələrində Aİ-95 markalı benzinin qiyməti aşağıdaki kimidir:

Rusiya – 0,82 avro
Belarus – 0,90 avro
Türkiyə - 1,09 avro
Azərbaycan – 1,15 avro
Ermənistan – 1,28 avro
Ukrayna – 0,32 avro
Malta – 1,34 avro
Moldova – 1,41 avro
Şimali Makedoniya – 1,44 avro
Gürcüstan – 1,44 avro
Monteneqro – 1,45 avro
Polşa – 1,47 avro
Xorvatiya – 1,60 avro
Sebiya – 1,62 avro
Sloveniya – 1,62 avro
Rumıniya – 1,62 avro
Lüksemburq – 1,64 avro
Andorra – 1,66 avro

Bolqarıstan – 1,69 avro
Bosniya və Herseqovina – 1,71 avro
Kipr – 1,71 avro
Çexiya – 1,75 avro
Macarıstan – 1,76 avro
Albaniya – 1,77 avro
Litva – 1,78 avro
Almaniya – 1,78 avro
Belçika – 1,81 avro
İtaliya – 1,82 avro
Latviya – 1,83 avro
Slovakiya – 1,83 avro
Fransa – 1,84 avro
İspaniya – 1,86 avro
İsveç - 1,87 avro
Portuqaliya – 1,88 avro
İrlandiya – 1,91 avro
Estoniya – 1,93 avro
Avstriya – 1,96 avro
Danimarka – 2 avro
Yunanıstan – 2,14 avro
Finlandiya – 2,18 avro
İsveçrə – 2,19 avro
Norveç – 2,21 avro
Böyük Britaniya – 2,23 avro
Hollandiya – 2,23 avro
İslandiya – 2,27 avro

(Yeniavaz)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh