Bəraət aldıqdan 10 ay sonra həbs edildilər - FOTO

Qohumunun avtomobilini yandırmağı sifariş verməkdə və sifarişi icra etməkdə ittiham olunan, lakin məhkəmədə bəraət alan iki nəfər doqquz ay sonra həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar qəbul edib.
Hakimlər elə qənaətə gəliblər ki, Bakı Hərbi Məhkəməsinin hökmü işin faktiki halları və göz önündə olan əsaslı sübutlarla uyğun gəlmir.

Məlumat üçün deyək ki, cinayət hadisəsi 7 il əvvəl-2017-ci ildə baş verib.
Həmin vaxt hüquq-mühafizə orqanlarından birində sürücü işləyən Fariz Yunisov tanışı Anar Qasımova qohumunun avtomobilini yandırmağı sifariş verib. Bunun qarşılığında isə ona min manat vəd verib. Anar razılaşmadan sonra zərərçəkmişin evinin qarajındakı “Mercedes” markalı avtomobilin üstünə 1 litr benzin tökərək yandırıb. Hadisə vaxtı zərərçəkmişin evinin də bir hissəsi yanıb.
İlkin istintaq vaxtı Anar əməlini etiraf etsə də, məhkəmədə nə kimdənsə sifariş aldığını, nə də sözügedən cinayəti törətdiyini boynuna alıb. Sifarişçi kimi mühakimə edilən digər şəxs də özünü təqsirli bilməyib. Onlar avtomobilin elektrik naqillərindəki qısaqapanma nəticəsində alışdığını deyiblər.

Birinci instansiya məhkəməsinin hakimləri təqsirləndirilən şəxslərin səmimiyyətinə inanıblar. “Cinayət hadisəsi yoxdur!”,- elan edilərək hər iki müttəhimin bəraətinə hökm edilib.
Bakı Apellyasiya Məhkəməsində Emin Mehdiyevin sədrlik etdiyi hakimlər isə prokurorun sübutlarını əsaslı hesab edib.
Qərara əsasən, bəraətverici hökm tamamilə ləğv edilib. Fariz Yunisov 3 il, Anar Qasımov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında dərhal həbs ediliblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












