Bərdə və Beyləqan sakinlərindən narkotik aşkar edilərək götürülüb - FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Qazıqurdalı kənd sakini, əvvəllər məhkum edilmiş Bayram Muradov saxlanılıb. Onun evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilmiş çəkisi 5 kiloqramdan artıq 11 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Eyni zamanda, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayonun 1-ci Aşıqlı kənd sakini Teymur İbrahimov və Şəfəq qəsəbə sakini İman Cabbarov saxlanılıb. Onlardan satış məqsədilə 10 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












