Bərdədə evlərdən oğurluq edən şəxslər saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən bir nəfər rayon sakini Arabaçılar kəndində yerləşən özünə məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a bildirilib ki, məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakinləri - Şəhriyar Şahmalızadə və Tural Vəliyev saxlanılıb.
Onların 3 100 manat pul və qızıl-zinət aşyaları oğurladıqları aşkar olunub.
Ş.Şahmalızadənin ətrafında aparılan tədbirlərlə kənd ərazisində yerləşən daha bir evdən də mətbəx əşyaları oğurladığı müəyyən edilib.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı










