“Bərgüşadçay” gəmisi istismara verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa edilən “Bərgüşadçay” yedək gəmisi istismara verilib.
ASCO-nun məlumatına əsasən, gəmi Xəzər Dəniz Neft Donanmasının balansına götürülüb.
Gəminin uzunluğu 24,72 metr, eni 6,60 metr, bortunun hündürlüyü 3 metr, suya oturumu isə 1,6 metrdir. Dedveyti 14 ton təşkil edir.
Gəmi 9 uzel sürətlə hərəkət edəcək və göyərtəsində 3 tonadək yük daşıma qabiliyyətinə malikdir.
Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir avadanlıqlar quraşdırılıb. Buraya stasionar VHF radiostansiyası, qəza radiomayakı (EPIRB), radiolokasiya cavabvericiləri, əl radiostansiyaları, Avtomatik İdentifikasiya Sistemi (AIS), Komanda Yayım Qurğusu, maqnit kompası və radiolokasiya stansiyası daxildir.
Gəminin layihəsi ASCO Mühəndislik MMC-nin əməkdaşları tərəfindən hazırlanıb.
Xatırladaq ki, ZGTTZ-də peşəkar gəmi təmiri və dəniz mühəndisliyi xidmətləri ilə yanaşı, 2017-ci ildən etibarən müvafiq sertifikatlaşdırma əsasında gəmilərin tikintisi də həyata keçirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












