Bəzi çaylardan sel keçib, dağlıq ərazilərə qar yağdı - FAKTİKİ HAVA

Ölkə ərazisində bəzi çaylardan sel keçib, dağlıq ərazilərə qar yağıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 15-i saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. 3 000 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə qar yağıb.
Düşən yağıntının miqdarı Kürdəmirdə 28 mm, Qobustanda 27 mm, Şəkidə 14 mm, Oğuzda 12 mm, Qrızda 11 mm, Beyləqanda 7 mm, Şahdağda 5 mm, Quba, Qusar, Qrız, Qəbələ, Xaltan, Sabirabad, Balakəndə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Yağan leysan xarakterli intensiv yağışlarla əlaqədar iyunun 14-ü axşam Şabran rayonu ərazisindən axan Gilgilçay-Şabran, İsmayıllı rayonu ərazisindən axan Göyçay-Buynuz, Ağsu rayonu ərazisindən axan Ağsuçaydan, iyunun 15-də gecə isə Qobustan rayonu ərazisindən axan Pirsaatçay-Poladlı məntəqələrindən sel keçib.
Qrız, Lerik, Şabranda duman müşahidə olunub.
İyunun 14-ü şərq küləyi arabir Naftalanda 20 m/s, Sabirabadda 17 m/s, Şəkidə 15 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 36, Aran rayonlarında 36, dağlıq rayonlarda 25, yüksək dağlıq ərazilərdə 11 dərəcəyədək isti olub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












