Bəzi deputatlar vəzifələrindən uzaqlaşdırılacaq

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin sabah - sentyabrın 10-da keçiriləcək iclasında partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinin bir neçəsi vəzifədən azad ediləcək.
“Report” həmin şəxslərin bəzilərinin adlarını əldə edib.
Belə ki, sabahkı toplantıda partiyanın yerli təşkilatlarının sədrləri seçiləcək.
Amma YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyevin, Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin üzvü Cavid Osmanovun, Nəsimi rayon təşkilatının sabiq sədri, deputat Məlahət İbrahimqızının, Qaradağ rayon təşkilatının sabiq sədri, deputat Aydın Hüseynovun, YAP Səbail rayon təşkilatının sədri, keçmiş deputat Şəmsəddin Hacıyevin və bir neçə keçmiş deputatın hakim partiyanın rayon və şəhər təşkilatlarının sədrləri vəzifəsinə namizədlikləri irəli sürülməyəcək.
Qeyd edək ki, hakim partiyanın son qurultayında qəbul olunmuş yeni Nizamnaməyə görə, rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












