FHN : Ötən sutka 82 yanğına çıxış olub, 7 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Avtosfer.az FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 82 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 7 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Həmçinin, Bakı şəhəri Yasamal rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı Kaybelova Fəridə Abdullayevnanın meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Bir milyon manatlıq DƏLƏDUZLUQ İDDİASI: Bahalı avtomobil kolleksiyası olan iş adamı hakim qarşısında
Ayaz oyuncaq istəmişdi, Mehriban Əliyeva əsl "KamAZ" hədiyyə etdi – VİDEO
Paytaxtda piyadaların təhlükəsizliyi artırılır - VİDEO
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
Ermənilər quru sərhəddən keçərək Azərbaycana gəldi - FOTOLAR
Paytaxtın iki prospektində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNİB
Prezident Nazirliklə bağlı FƏRMAN İMZALADI
İlham Əliyev MDB ilə bağlı sənədi imzaladı
Prezident bu hərbçiləri təltif etdi - SİYAHI










