Biləsuvarda narkotik alverçiləri saxlanılıb - VİDEO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gün ərzində keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanılıb. Onlardan ümumilikdə 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Kənan Ağayev saxlanılıb. Keçirilən baxış zamanı ondan 3 kiloqram 800 qrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə daha 6 nəfər saxlanılıb. Onlardan ümumilikdə 250 qramdan artıq heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Biləsuvar RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Həmin şəxslərdən 4-ü barəsində məhkəmə tərəfindən həbs, 3-ü barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












