Bill Qeyts Bakıda da oteli olan şəbəkənin nəzarət paketini aldı

Amerikalı milyarder Bill Qeytsə məxsus "Cascade Investment", "Four Seasons" otellər şəbəkəsinin nizamnamə kapitalındakı payını 47,5%-dən 71,25%-ə qədər artırıb.
"The Wall Street Journal" çərşənbə günü sövdələşmənin məbləğinin 2,21 milyard dollar olduğunu yazıb.
Məlumata görə, investisiya fondu 23,75% səhmləri Səudiyyə Krallığı Holdinqdən ("Kingdom Holding") alıb. Nəşrin mənbəsinə görə, şirkətin hazırda borcu təxminən 850 milyon dollardır. Müqavilə sayəsində otellər şəbəkəsinin ümumi dəyəri indi 10 milyard dollar olaraq qiymətləndirilir. Müqavilənin bağlanması 2022 -ci ilin yanvarına planlaşdırılır.
"Four Seasons", 1960-cı ildə kanadalı Isador Sharp tərəfindən qurulub və hazırda səhmlərin 5%-nə sahibdir. Şirkət hazırda 47 ölkədə (o cümlədən Azərbaycanda) 120 otelə və 46 yaşayış mülkünə malikdir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












