Binə qəsəbəsində yol hərəkətinin təhlükəsizliyi səviyyəsi artırılıb - FOTO

Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən 100 minə yaxın əhalinin yaşadığı Xəzər rayonu, Binə qəsəbəsində əsaslı araşdırmalar aparılıb, mövcud nəqliyyat problemləri öyrənilib. Aşkar edilmiş problemlərin aradan qaldırılması istiqamətində mərhələli şəkildə müxtəlif tədbirlər həyata keçirilməkdədir.
Bu istiqamətdə görülən işlər çərçivəsində növbəti önəmli addım atılaraq Əli İsazadə və Qəzənfər Musabəyov küçələrinin kəsişməsində svetofor obyektləri quraşdırılıb, yol hərəkətində təşkilində nəqliyyat axınlarına uyğun dəyişikliklər həyata keçirilib, nizamlanan eyni səviyyəli piyada keçidləri təşkil edilib.
Nəticədə:
✓ Kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb;
✓ hərəkətin növbəliliyi təmin olunub;
✓ nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə yaşayan sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb.
Məlumat üçün bildirək ki, bundan öncə də Binə qəsəbəsində, Əli İsazadə və Fuad Aynalov küçələrinin kəsişməsində svetofor obyektləri quraşdırılaraq sakinlərin istifadəsinə verilib. Hazırda isə adıçəkilən qəsəbədə, Əli İsazadə küçəsində yerləşən “Ədalət parkı”nın qarşısında da bu istiqamətdə işlər aparılır. Həmçinin növbəti mərhələlərdə əvvəlcədən hazırlanmış layihə əsasında Binə qəsəbəsində yeni avtobus dayanacaq məntəqələri təşkil ediləcək, müvafiq yol nişanları quraşdırılacaq, nizamlanan və nizamlanmayan eyni səviyyəli piyada keçidlərinin sayı artırılacaqdır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












