Bakıda dayı və arvadı bacısı uşaqlarına zorakılıq ediblər

Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayan Günel Vəliyevanın (adlar şərtidir) 2015-ci il təvəllüdlü oğlu və 2007-ci il təvəllüdlü qızının ögey qardaşı və arvadı tərəfindən fiziki və psixi zorakılıq hərəkətlərinə məruz qalması barədə müraciəti üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.
Binəqədi rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, İdris Vəliyev (ad şərtidir) 8 avqust 2021-ci il tarixdə ögey bacısının 2015-ci il təvəllüdlü oğlunun nadinc hərəkətlər etməsini bəhanə edərək bıçağı qızdıraraq onun sağrı nahiyəsinə bir neçə dəfə basıb, İdris Vəliyevin arvadı Arzu Vəliyeva (ad şərtidir) isə Günel Vəliyevanın 2007-ci il təvəllüdlü qızının saçını və qaşını kəsib, həmçinin ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Fakta görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6 (işgəncə verməklə əzab vermə) maddələri ilə cinayət işi başlanaraq aidiyyəti üzrə rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib.
Nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












