Binəqədidə xarabalığı xatırladan küçə: Kimdir günahkar? - AÇIQLAMA - FOTO
Xəbərlər
14 Aprel 2021 13:33

Binəqədi sakinləri yaşayış evlərinin yaxınlığındakı antisanitar vəziyyətdən şikayətçidir. Oxu.az-ın məlumatına görə, söhbət Süleyman Sani Axundov və Abay Kunanbayev küçələrinin kəsişməsindən gedir.
Sakinlərin sözlərinə görə, ərazidə yeni tikilən binanın təməli üçün qazılan ərazi artıq neçə illərdir ki, zibillik içindədir: "Bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət edilib. Lakin, hələ də tullantıların ərazidən təmizlənməsi təmin edilməyib. Bu mənzərə paytaxta yaraşmır. Sürətlə gözəlləşən və inkişaf edən şəhərdə belə zibilliyi hər gün görmək ürək bulandırır. Üstəlik yaxında işləyən obyekt sahibləri, yerli sakinlər də zibilliyi görüb “hamı atır, mən də atıram....” məntiqi ilə ərazini daha da zibilləyirlər”.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən Oxu.Az-a bildirilib ki, qeyd edilən yer “Bolluq” MTK-nın mülkiyyətində olan ərazidir:
“Bu səbəbdən də tərəfimizdən “Bolluq MTK” ilə maarifləndirmə işləri aparılıb. Zəruri tövsiyələr verilib. “Bolluq MTK”-dan isə problemin qısa zamanda həllini tapacağı bildirilib”.
Oxunub : 1788
DİGƏR XƏBƏRLƏR
17 Noyabr 2026 13:55
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
ŞƏRH YAZ












