Bir ayda 56 uşaq xilas edilib - Nazirlikdən müraciət

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən həyata keçirilmiş operativ əməliyyatlar sayəsində 1ayda 56 uşaq xilas edilib.
Avtosfer.az xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı məlumatlar daxil olur.
Məlumatlar əsasında nazirliyin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına təhvil verilir.
Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir.
Mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə uşaqların liftdə, həyətdə, küçədə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, nazirlik bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












