Bir qrup KİV nümayəndəsi Azıx mağarasını ziyarət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Xocavənd rayonun Azıx kəndində Azıx mağarasını ziyarət ediblər.
Avtosfer.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biloloji Müxtəlifliyin qorunması xidmətinin rəisi Firudun Əliyev jurnalistlərə açıqlamasında qeyd edib ki, Azıx mağarası Azərbaycanda ilkin yaşayış məskəni hesab olunur:
“Buradan aşkar olunmuş eramızdan 350-400 min əvvəl yaşamış qadının alt çənə sümüyü də bunu sübut edir. Mağarada Paleolit, Eneolit və Tunc dövrünə aid tarix nümunələri, arxeoloji qazıntılar aşkar olunub. Tədqiqatlara 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən başlanılıb, 1968-ci ildə qadın alt çənə sümüyü tapılıb. Çox təəssüf ki, 1993-cü ildə ermənilər tərəfindən qeyri-qanuni arxeoloji qazıntılar aparılıb və burada müəyyən olunan arxeoloji nümunələr xarici ölkələrə daşınıb. Həmin nümunələr haqda məlumat yoxdur və onlar itirilib. Burada Tunc dövründən qalan ilkin əmək alətlərinə rast gəlinib”.
“Bundan başqa, Azıx mağarası Azərbaycanda mövcud olan 6 paleoantoloji abidədən biri hesab olunur”, - deyə o əlavə edib
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












