BMT 23 ölkədə aclıq fəlakəti ilə bağlı xəbərdarlıq edib

BMT-nin strukturları tərəfindən hazırlanan son hesabatda dünyanın 23 ölkəsində, xüsusən də Afrika qitəsində aclıq fəlakəti gözlənildiyi barədə xəbərdarlıq edilib.
Avtosfer.az bildirir ki, hesabatda Efiopiyanın Tiqray bölgəsində 401 min nəfərin aclıqla üzləşdiyi, bunun isə 2011-ci ildə Somalidə baş verən fəlakətdən də dəhşətli olduğu qeyd edilib. Bundan başqa, Madaqaskarın cənub bölgəsi, Yəmən, Cənubi Sudan və Şimali Nigeriyada kəskin ərzaq qıtlığı yaranıb. Bu ölkələrdə aclığın əsas səbəbi quraqlıqdır. BMT-nin ekspertləri qeyd ediblər ki, ötən il planetdə 155 milyon insan aclıq fəlakəti ilə üzləşib, cari ildə isə bu rəqəm daha da artacaq. Artımın əsas səbəbi COVID-19 pandemiyası, silahlı münaqişələr, quraqlıq və bu ölkələrdə yarıtmaz idarəçilikdir.
Hesabatda Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Burkina Faso, Konqo, Haiti, Honduras, Sudan və Suriyada da aclıq təhlükəsi olduğu bildirilib. BMT-nin Dünya Ərzaq Proqramı Əfqanıstanda ilin sonunadək 3,5 milyon insanın aclıq və yoluxucu xəstəliklərdən həyatını itirəcəyi barədə proqnoz verib. ABŞ və NATO qoşunlarının bu ölkəni tərk etməsindən sonra humanitar fəlakət dözülməz həddə çatıb.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










