BNA: "Avtobuslarla bağlı məlumatın əldə olunmasında çətinlik yoxdur"

Hazırda paytaxtda fəaliyyət göstərən müntəzəm marşrut xətləri ilə bağlı məlumatların əldə olunmasında hər hansı bir çətinlik yoxdur.
Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib
Belə ki, sərnişinlər bunun üçün alo141.az saytından istifadə edə bilərlər. Multifunksional portala daxil olan istifadəçilərin paytaxtın nəqliyyat sistemi, o cümlədən də müntəzəm marşrut xətləri ilə bağlı məlumatları əldə etmək imkanı vardır.
"Necə getməli" bölməsinə daxil olmaqla səfərləri əvvəlcədən planlaşdırmaq mümkündür. Bunun üçün gediş planına uyğun olaraq, "A" və "B" nöqtələri qeyd edilir. Buna əsasən, xəritə üzərində "A" və "B" nöqtələri arasında məsafəni piyada, hansı avtobusla və ya metronun yaşıl və ya qırmızı xətti ilə gediləcəyi, dayanacaqların sayı, ictimai nəqliyyatda istifadə olunacaq zaman, eyni zamanda istifadəçinin şəxsi minik avtomobili ilə necə getməli olduğu və sərf edəcəyi zaman göstərilir.
Avtobuslar bölməsində isə istənilən marşrutun nömrəsini seçməklə xəritədə həmin marşrut üzrə hazırda xətdə olan avtobuslar, onların getdiyi yolu, əsas dayanacaqları və xəttin uzunluğunu görmək olar.
Həmçinin, bildirim ki, sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi, eləcə də məlumatlandırma imkanlarının daha da yaxşılaşdırılması məqsədi ilə “Google Maps"in nəqliyyat komandası ilə də danışıqlar aparılır. Danışıqların nəticəsi olaraq çox qısa vaxtda paytaxtın müntəzəm marşrut xətləri ilə bağlı məlumatları "Google Maps" üzərindən də əldə etmək mümkün olacaq.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












