"Metro, restoranlar, ticarət mərkəzləri yenidən bağlana bilər" - FOTO

"Yoluxanların artmasının əsas səbəbi yumşalmaların hesabınadır".
Bunu açıqlamasında ATU-nun Tədris Cərrahiyyə Klinikasının Yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişiyev deyib.

O bildirib ki, mütləq qoruyucu maskalardan istifadə olunmalıdır, sosial məsafə gözlənilməlidir:
"Son zamanlar toyların həddindən çox olması, insanların dəniz kənarında, ictimai iaşə müəssisələrində bir yerdə toplaşması hava damcı yolları infeksiyasının yoluxma imkanını asanlaşdırır. Onun hesabına da xəstəlik daha çox artır. Əgər ümumi yoluxma, həm də ağır formada xəstəliyi keçirənlərin sayı artarsa, məcbur qapanmalara gediləcək. Amma yoluxma sayı nisbətən zəifləsə, eləcə də insanların vaksinasiyaya cəlb olunmasında ciddi bir artım müşahidə olunarsa, düşünürəm ki, ciddi bir qapanmadan söhbət getməyəcək. Qapanma olarsa, yenə də insanların çox toplaşdığı sahələrdə onların sayını azaltmaq məqsədi ilə xəstəliyin yayılma mexanizminin qarşısını almaq olar. Harada daha çox insan varsa, - metroların bağlanması, ictimai iaşə müəssisələrinin bağlanması nəzərdə tutula bilər.

Metro insanların ən çox kütləvi istifadə etdiyi nəqliyyat vasitəsi olduğuna görə və orada insan tutumu daha çox olduğuna görə ehtimal olunur ki, xəstəliyin yayılma ehtimalı metroda daha çoxdur. Yenə də insanlara müraciət edərək deyirik ki, hər ehtimala qarşı, hələlik xəstəlik aramızdadır. Ona görə də qoruyucu maskalardan istifadə olunmalıdır, sosial məsafə gözlənilməlidir. Bu qaydalar əgər gözlənilərsə, yoluxma belə artmaz. Amma bütün dünyada vəziyyət eynidir. Elə düşünürəm ki, yaxın bir müddətdə vaksinasiya olunmuş insanlar hesabına və eləcə də xəstələnənlər hesabına, - onlarda da anti-cisimlər yarandığına görə yoluxanların sayı müəyyən müddətdən sonra azalacaq".
Milli.az
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











